Kor bağırsaq
Mənim bu səhnəyə gəlişim ki var,Qəmli günlərimi salır yadıma.Məni baş rollara buraxmırdılarBaxmayıb arzuma, istedadıma.
Çox vaxt mən əvəzçi olurdum ancaq,Əvəz etməsəm də heç bir aktyoru.Daim ətsiz, qansız müqəvva olmaq,Doğrudan,insanı bezdirir, yorur.
Bizim səhnəmizdə “ulduz” sayılan,Hörməti, şöhrəti ərşə yayılanQoca aktyor da mənə həmişəTəsəlli verərdi:– Bu çətin peşəHəm də səbr istəyir,Dözəsən gərək.Bir zaman vardı ki, mən də sənintək...
Yox, yox, mənim kimi olmamışdı o,Hələ də səhnədə bir kölgəyəm mən.Yeddi il əvəzçi qalmamışdı o,“Ulduz”a dönmüşdü birinci gündən.
Böyük dühaların qəhrəmanlarıOnun dodağıyla danışıb bir-bir.“Ulduz” qarışdırıb bəzən onları,Ayırmaq olmayıbhansı kimindir.
Səhnədə nüfuzlu bir rəhbər kimi“Ulduz” çatmaqdansa mənim dadıma,Kəsirdi qarşımı bir çəpər kimi,Baxmayıb arzuma, istedadıma...
... Bu gün “Kral Lir”in son məşqləridir,“Ulduz” at sürəcək səhnədə yenə.Allahlıq edərdim,Necə yeridir!Bircə gün bu rolu verələr mənə!Budur, afişalar qızarır gendən:“Kral Lir”.Baş rolda “ulduz”un adı.Səhnəyə gəldiyim birinci gündənAdım afişaya heç yazılmadı!
Vaxt olub təsadüf yayda qar kimiYanan bir sinəyə əlini çəkmiş.Mənim taleyimi hökmdar kimiDemə kor bağırsaq həll edəcəkmiş!Birinci tamaşa günüsübh çağı.
“Ulduz” sağ böyürünə atdı əlini,Ah, mirasa qalsın kor bağırsağı,Kişinin yamanca qırdı belini!
Cərrah təşrihini vurantək başa“Ulduz” inildədi:– Necə olacaq bəs?Təxirə salınsın gərək tamaşa,Liri başqa biri oynaya bilməz!
Necə?Mümkündür?TamaşaçılarQapını sındırır çöldə az qala.Durdum rejissorun önündə naçar,Könülsüz söylədi:– Di geyin, bala...
Mən necə oynadım –bilirlər bunu.Bu əsl Lir idi!Şekspir Liri!Yeni bir “ulduz”un doğulduğunHətta qəzetlər də yazdı səhəri.
Bəli,kor bağırsaq sal buzu qırdı...Pərdə salınmamış qalxıb o saatBirbaş qapılara qaçan camaatDayanıbməni hey alqışlayırdı.
...Səhnənin daşını atardım, inan,baxmayıb arzuma,istedadıma.Bədəndə bir artıq əza sayılanBax, bu kor bağırsaqçatdı dadıma.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-kor-bagirsaq
Use ← → keys to move, R for a random poem
More by this author
Pamirdağda, Himalayda, Hindquşda“Qar adam”ı axtarırlar yayda, qışda.
Ana nağıllarıGözümdən yuxumu qovaraq hər günNağıl danışardı anam mənimçün.
Qarlı gündəQar ələnir lopa-lopa, asta-asta,Kimsə nəhəng bir ələkdən un ələyir.
Balıqçı oğlunun nəğməsiMən balıqçı olacağam atam kimi,Göy sularda gəzdirəcək məni qayıq.
Poems by other poets
Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
هر چند که در ملک فنا آمده ایدر ملک فنا پی بقا آمده ای
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,