Gözümdən yuxumu qovaraq hər günNağıl danışardı anam mənimçün.Şaxta qovuranda, şaxta kəsəndə,Çovğun püskürəndə, yellər əsəndə,Dərələr, təpələr batanda qara,Evimiz dönəndə soyuq məzaraAnam söyləyərdi:– Dağlar dalındaGünəş qonaq qalıb yay mahalında.Bir gün də bizlərə o gələcəkdir,Sırsıra əriyib töküləcəkdir.Mənim qaladığım təndir sayağıGünəş isidəcək daşı-torpağı...

Ana sözlərində nə qüvvə vardı –Onun nağılında canım qızardı.Hər şeyə inanır uşaq ağılı,Anamın ən şirin, gözəl nağılıBolluqdan olardı,Xoş güzərandan...Hər şey başdan aşan uzaq məkandan.Anam sadalardı dövləti, varı –Bizim evimizdə olmayanları.Tutub yer üzünü meyvə bağları,

Ətri bihuş edən qovun tağları,Qapılar qoyunlu, sağmal inəkli,Dəstərxan çörəkli süfrə çörəkli.Axırda deyərdi:Bir gün bizim də...Ümid alışardı ana üzündə.

Ana sözlərində nə qüvvə vardı –Onun nağılından qarnım doyardı.İndi böyümüşəm,Dəyişib aləm,İstili-soyuqlu günlər görürəm.Şaxtaya, çovğuna düşürəm bəzən,Bəzən ehtiyacda ömr edirəm mən.Nağıl danışanlar olur arabir,Nağılda qış gedir, ilk bahar gəlir.Nağılda dəyişir güzəran, həyat –Bunlar ürəyimi qızdırmır, heyhat!Heyhat qarnımı da doyurmur bunlar!Görünür, hər yaşın öz aləmi var,Ya mənim qəlbimdə dəyişir inam –Hər şirin nağıla inanmayıram,Ya da ki, cənnətdən desə də bir kəsAna nağılının yerini verməz!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets