Gəl, yaddan çıxaraq soyuducunu,Gəl, Kürün istihal suyundan içək.Alaq əlimizə yolun ucunu,Laçından, Salyandan, Qazaxdan keçək.

Axsın könlümüzə talış ləhcəsi,Şəki bağlarını gəzək ha indi.Gəncə çinarının xal-xal kölgəsiQuzey qarı kimi safdı, sərindi.

Günəş gözlüyünü çıxarıb ataq,Gözü qamaşdırsın Muğan günəşi,Göygöltək Kəpəzin yalında yataq,Quşlarla bir görək doğan günəşi.

Gəl, qumral qoyundan çalaq dələmə,Laləli çəmənlik — yaşıl süfrəmiz,Günü Qarabağda axşam eləmə,Ağsu dolayından keçməliyik biz.

Vətən intəhasız, ömür azdı, az.Bu qısa ömür də keçməsin hədər.Adam səadəti evə çağırmaz,Adam səadətin dalınca gedər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland