Qarlı gündə
Qar ələnir lopa-lopa, asta-asta,Kimsə nəhəng bir ələkdən un ələyir.Çiçək açmış gilənarı sanki yazdaDəli yellər var gücüylə silkələyir.
Qar ələnir, mərzlər itir,Yollar itir, izlər itir.
İtir sərhəd xətləri də,Həyətlərin hədləri də.İtir təpə, itir dərə,Saf bəyazlıq enir yerə.İnsanları ayıranlar itir bir-bir,Qar elləri, obaları birləşdirir.
Bir az sonra gün oyadıb göz-qaşınıAxıdacaq yağan qarın göz yaşını.Ağ cunanı çöldən, düzdən yığacaqdır,Paltar yuyan qadın kimi sıxacaqdır.
Yenə hədlər görünəcək,O sərhədlər görünəcək,Yollar, izlər görünəcək.Çəpər – mərzlər görünəcək.Görünəcək hər nə ki, var.İnsanları ayıranlar.Yrəyimdə buna görəDəli arzu baş qaldırır birdən-birə:İtsin deyə bu hədd-sərhəd, bu mərz çəpərQar qalaydı heç olmasa yaza qədər!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-qarli-gunde
Use ← → keys to move, R for a random poem
More by this author
Keçdiyin yerlərdən keçib Kür çayı,Öpəydim öpdüyün sahilləri mən.
Muğanın qışıTəkcə dəniz deyil göyü əks edən,Sən bu gün Muğana sal güzarını.
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
NizamiBu hansı əsr idi, hansı qərinə?Torpaq köks ötürdü, yer parçalandı.
Poems by other poets
Başına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Sılaya varacağamYol ver, çəkil önümdən, ey yolumu kəsən dağ,Gün gəldi, yetər artıq, sılaya varacağım…
بهار آمد که بازم گل به باغ و بوستان خواندبه گوشم ناله بلبل هزاران داستان خواند