Keçdiyin yerlərdən keçib Kür çayı,Öpəydim öpdüyün sahilləri mən.Sinəmə arabir yarpaq düşəydiO yaşıl hörüklü söyüdlərindən.

Keçdiyin yerlərdən keçib Kür çayı,Baxaydım o əziz, doğma yerlərə.Mənim də gözümdə əks eləyəydiQoynunda əks edən hər bir mənzərə.

Keçdiyin yerlərdən mən dinləyəydimXallı turacları, torağayları.O təzə dənizdə¹ mən bəsləyəydimPullu xəşəmləri, ağ şahmayları.

Keçdiyin yerlərdən keçib Kür çayı,Nəğmələr deyəydim mən bütün günü,O vaxt anlayardım, o vaxt duyardımƏsl səadətin böyüklüyünü!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets