Bizim yerlər
Gəl Kür sahilində oturaq qoşa,Bulanıq sulara edək tamaşa.Burdadır şahmayı, qızılbalıqlar,Balıq kababının öz ləzzəti var.Gəl otlar üstündə bardaş quraq biz.
Vurğuntək gəl burda turac vuraq biz.Ceyrana dəyməyək – bala üstədir,Ovçusu gedəli o da xəstədir.Günorta yerinə qalxan zaman günOturaq altında salxım söyüdün.Öpsün alnımızı ətirli yellər.Gəl, gəl, hər qapını ürəklə açaq,Əzəldən bu yerdə əzizdir qonaq,Bizdən əsirgəməz kimsə varını.Hərə öz bağının ilk nübarınıGətirər süfrəyə açıq ürəklə.Kimi aş, kimi də pendir-çörəkləSəni qonaq saxlar, əziz, mehriban,Burda sıxılmazsan, şəhərli oğlan!Sən girsən hər evə öz evin kimiAçsan ürəyini əgər səmimi –Hamı sevər səni öz oğlu qədər,Ayırır namərdi, mərdi bu yerlər.
Dostum, sən yaxşı bax, bura Muğandır,Büzmə dodağını ona, amandır!Düşünmə burada hər vaxt yaz olur,Qışda palçıq olur, yayda toz olur.Dostum, olmasa da Muğan kurorttəkOnu mənim kimi sevəsən gərək!Onun tikanı da, onun gülü də,Şoran torpağı da, tər sünbülü dəAna südü kimi bizə əzizdir.Yurdun hər parçası – ürəyimizdir.Gözəl adətləri bu vaxta qədərQoynunda bəsləyən yerdi bu yerlər!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-bizim-yerler
Use ← → keys to move, R for a random poem