Qəzəb
Nə zamandır,Gör haçandırGörüşmədim səninlə mən,İnan, dostum, qrimi dəDünən sildim sifətimdən.Aktyorun taleyidirBu gün burda,Sabah orda.Nə müddətdir tamaşalarGöstərirdim yad diyarda.Bu vaxtadək görmədiyimUzaq ellər,Uzaq ellər...Yer şarında çalın-çarpazMeridianlar, paralellər –Bir balıqçı toru kimiAyağıma dolaşdıqca,Bu vaxtadək görmədiyimDağ keçdikcə,Yol aşdıqcaSən dururdun göz önümdə,Düşünürdüm: dönəydim kaş,Yad ellərdə gördüyümüDanışaydım yavaş-yavaş.Hər torpağın, hər ölkəninÖz taleyi, öz adəti,
Bu sahilin o sahiləBənzəməyir təbiəti.O yerlərdə insan gördümDərisi ağ, qara, sarı.Adıyla yox,Rəngi iləTanıyırlar insanları.Afrikanı bənzədiblərQanı axan bir ürəyə,Mənsə onu bənzədirəmMin yamaqlı bir köhnəyə.Hər yamaqda bir rəngdədir –Mavi, yaşıl, qara, sarı.İynə deyilSüngü salıbOnlara bu yamaqları.Gəzdim orda Anqolanı.Qananı mən, Sudanı mən.Hər addımda, hər qarışdaGördüm başqa dünyanı mən.Son mənzilim Konqo idi,O bəlalar məmləkəti,Ondan sənə qoy danışımQəribə bir hekayəti,Xatırıma düşən zamanBu əhvalat, alışıram.Dinlə, sənə gözlərimləGördüyümü danışıram.
O qaralar diyarındaBir Ruanda şəhəri var,Hələ orda hökm eləyirBelçikalı qəsbkarlar.O şəhərdə başladım mənİlk səyahət tamaşamı,İntəhasız bir maraqlaTeatra gəlib hamı
Bilet alır,Söhbət edirŞirin bantu lisanında,Ah, bilsəydin, bax, bu uzaq,Bu yad Konqo məkanındaDodaqlarda səsləndikcə“Azərbaycan”, “Sovet” sözüFərəhimdən, sevincimdənYaşarırdı mənim gözüm.Hərçənd Vətən burda mənəMin ağacdan uzaq idi.Qürbət eldə ürəyiməBu iki söz dayaq idi.İşıq söndü,Pərdə qalxdı,Addımladım səhnəyə mən,Ancaq bu dəm yerimdəcəDonub qaldım heyrətimdən.Elə bil ki, ildırımlarÇaxdı birdən başım üstə.Üzərimə zəhər dişliİlan gəldi dəstə-dəstə.Sanki məni yeyəcəkdiBircə anda diri-diriSıx Ruanda meşəsininBəbirləri, pələngləri,Yoxsa ki, mən yuxuluydum,Yoxsa ki, mən sərxoş idim,Bir də baxdım...Bəli, bəli,Nəhəng salon bomboş idi.Bir də baxdım...Lap qabaqdaOturmuşdu yeddi nəfər.Salon boşdu axıradək –Boş kürsülər,Boş cərgələr.
Bu nə işdir?HeyrətimdənElə bildim ağlım çaşdı,Axı, bayaq özüm gördüm:Bir bilet də qalmamışdı!Qalmamışdı bir bilet də!İndi yalnız yeddi nəfər...Dalda isə axıradək...Boş cərgələr,Boş cərgələr...Donub qaldım yerimdəcə...Tanıyırsan sən ki məni,Salon tamam dolmayandaTərk edirəm mən səhnəni.Oynadığım olmamışdırYarımçıq bir salon üçün.Necə?Yeddi tamaşaçıQabağına çıxım bu gün?İstədim ki, var səsimləMən hayqırım:“Pərdəni sal!”Lakin nəfəs almağa daTapammadım burda macal.Amiranə bir səs gəldiQalın bantu lisanında,Heç demə ki, şir nərəsiOlur bəzən insanın da!Düz səhnəyə qara rəngliBir nəhəngdi addımlayan,Yaxınlaşıb fransızcaƏmr elədi mənə:– Dayan!Pərdəni sal!Deyim hələGəlməmişdim özümə mən,Qurumuşdum yerimdəcə
Nagəhani bu işlərdən.Amiranə səs ucaldı:– Yandırınız işıqları!Sonra döndü asta-astaBirinci cərgəyə sarı.Güclü işıq yayılandaBaxdım yeddi nəfərə mən.Bu salonun boşluğu daAydın oldu mənə birdən,Bu qaranın qəzəbi də...Oturmuşdu yeddi nəfər –Ağ dərili beş uşaqdı,Ağ dərili arvadla ər.Mən tanıdım baxan kimiBelçikalı o fermeri.Anladım ki, teatrdaO alıbdır bütün yeri –Tamaşaya qaralarlaBir salonda baxmasınlar...Konqolu gənc – dişləri qar,Donuq heykəl baxışıylaSeyr edirdi yeddiləri.Hərəkətə gəldi axırYeriyərək az irəli,Od püskürən vulkan kimi,Dilə gəldi birdən-birə:– Neçin belə edirsiniz,Axı, neçin, nəyə görə?!İntəhası, nəhayətiOlacaqmı bu təhqirin?Öz evimdə, öz elimdə...Nəyə görə?Cavab verin!Demək bizdən iyrənirsiz,Ola bilər... demək belə...Çıxın, gedin Brüsselə.Görürsünüz, biz qarayıq.
Yaraşmırıq siz ağlara.Bəs nə üçün gəlibsinizSiz bu “iyrənc” uzaqlara?Belçikatək ölkəniz var,Brüsseltək gözəl şəhər.Mən görmüşəmBaşdan-başaŞıq geyimlər, ağ dərilər.Binaların divarlarıAğappaqdır dəriniztək.Xanım,Burda gözəl kişiTapmazsınız əriniztək.Müsyö,Baxın nə gözəldir,Nə təmizdir arvadınız.Sanki bəyaz göyərçindirBu üç oğlan, o iki qız.Belə isə niyə gəldizBu yaramaz, murdar elə?Yalvarıram, çıxın gedin,Çıxın gedin Brüsselə.Bizimlə bir tamaşayaBaxmaq sizə təhqir ikən,Bizimlə bir hava udmaqQəlbinizə təhqir ikən,Axı niyə qalıbsınız,Yalvarıram,Çıxın, gedin.Ruhunuza hökm edirsəUca tanrı, təriqət, din,Müsəlmansız – and verirəmO Məhəmməd peyğəmbərə,Bütpərəstsiz – and verirəm,Daş gövdəli o bütlərə,Xaçpərəstsiz – and verirəm,O İsaya, o İncilə,
Çıxın gedin evinizə –Belçikaya, Brüsselə.İllər boyu bu torpağınAlt qatını sökdünüz siz,Parlaq almaz apardınızGözlərimin yaşı kimi,Bir göynəyən yara varmıÜrəyimin başı kimi?Misim getdi...Yox, soydunuzBu mis rəngli dərimi siz,Öz malınız elədinizSərvətimi, yerimi siz.Mənim yurdum narınc, turunc,Dadlı banan ölkəsidir,Lakin özüm, əhl-əyalım.Bu meyvələr təşnəsidir.Bir zamanlar bazarlarıDolduran bu nemətləriBiz özümüz alammırıq,Ərşə qalxıb qiymətləri.Sizinkilər alıb yeyir,Barmaq sorur mənim balam,Rəvamıdır nəyim varsaSən yeyəsən, mən ac qalam?!Nə eybi var, nəyim varsaAlın gedin,Soyun gedin.Bizim üçün bu torpaqdaBir azadlıq qoyun gedin.
Danışdıqca konqolu gəncOd yağırdı nəfəsindən,Elə bildim o pələngdir –Qəfil çıxdı qəfəsindən.Mənə aid olmasa daHayqırığı, bu sözləri,Heç özüm də hiss etmədənMən çəkildim bir az geri.Dil-dodağı qıfıllıtəkOturmuşdu yeddi nəfər.Nə bir kəlmə cavab verir,Nə də çıxıb gedirdilər.Fermer isə dodaqaltıDeyinirdi özlüyündə,Çilçıraqlar alışırdıOnun dördkünc gözlüyündə.Konqolu gənc dilə gəldi,Pozdu ani sükunəti:– Gör nə hala salıbsınızKonqo adlı bu milləti.Yüz il əvvəl konqolularOtuz milyon nəfər idi,O zamanlar torpağınıÖzü əkər, biçər idi.İndi on dörd milyon qalıbBu torpaqda konqolular.Siz gələni bizim yurdaQırılırıq qatar-qatar.Belə getsə...O cavanınGözündə parlayan nədir,Göz yaşıdır, yoxsa qəzəb?O danışır,Biganədir:– Belə getsə nə konqolu,Nə də Konqo qalacaqdır,Bir milləti məhv eləmək!Yox, bu ağdır!Yox, bu ağdır!Bizə qardaş deyirsiniz,Qardaş belə olar məgər,Bu nə sayaq qardaşlıqdır –Biri işlər, biri yeyər.
Bu nə sayaq qardaşlıqdır –Məndən mənə doğma yeriSilah ilə qoruyur, bax,Belçikanın polisləri.Bu nə sayaq qardaşlıqdır –Mənimlə bir oturmağıÖzünüzə ar bilirsiniz,Bu nə təhər olur axıQəzetlərdə, kitablarda“Biz qardaşıq” deyirsiniz.Bu şüarla yüz ildir ki,Ətimizi yeyirsiniz.Bu yalanın həddi, sonuOlacaqmı, deyin barı?Bir zamanlar sizin təkiAvropanın vassallarıQardaş deyib qardaşınınDərisini soyardılar,Var-yoxunu talayaraq,Quru yerdə qoyardılar.“Biz qardaşıq, bərabərik!” –Yalana bax,Yalana bax,Kürəyimə qamçı çəkib,Mənə qardaş olana bax!QardaşıqsaBiz də gəzəkBelçikada qardaş kimi,Bu tamaşa salonundaGəl oturaq yoldaş kimi.QardaşıqsaNə eybi var,Bu qardaşlıq xatirinəHər kəs getsin öz elinə,Hər kəs getsin öz evinə!Deyirsiniz biz olmasaqSən batarsan yelkən kimi;
DeyirsinizBol sərvətliÖlkələr var ölkən kimi,Ancaq onlar geri qalıbMədəniyyət ayağından.DeyirsinizYollar çəkib,Evlər tikdik torpağında.Xeyr, cənab,Xeyr, cənab!İyirminci əsrdi bu,Meşələrin qoynuna daÇəkilirkən dəmir yolu,Cəngəlliklər qucağındaUcalırkən ağ binalar,Torpaqlardan maşınlarlaYığılarkən bol bəhrə, bar,Oyanırkən o əlçatmazMadaqaskar adası da,Deyirsiniz mənim yurdumCəhalətdə yatasıdır?Bu tarixdir, bu zamandır,Saxlanılmaz bir gərdişdir!Yaxşı,Sizin özünüzüKim mədəni eləmişdir?Nəydi sizin keçmişiniz,Nəydi sizin dünəniniz?İllər boyu ispanlarınQarşısında titrədiniz.Yurdunuzda at çapdıqcaGah fransız, gah da alman,Dilinizin sözləri dəGəldi ordan, gəldi burdan.Öz diliniz yoxdu beləDanışırsız özgə dildə,Utanmadan deyirsiniz:
“Bir baxınız,Sizin eldəMədəniyyət yaratmışıq!”İstəmirik bunları biz,Dağıdınız, aparınızVarsa burda hər nəyiniz!Tikdiyiniz evləri də,Çəkdiyiniz yolları daSökün tamam,AparınızMaşını da, qatarı da.Dövlət, sərvət –Bu torpaqdaHər nə varsa aparınız,Bizim üçün qara rəngliBir azadlıq qoyun yalnız!Dərimizin rəngi kimiBir azadlıq qoyun bizə,Çıxın gedin bu torpaqdan,Çıxın gedin evinizə!Konqolu gənc susub durdu,Atəş açmış toplar kimi.Qalxdı mənim gözümdə o,Cavan yox,İxtiyar kimi.Bu sözləri deyən, sandımMilyon dodaq, milyon dildi,Bu sözləri deyən, sandımMən özümdüm, o deyildi!Bir də baxdım, salon boşdu,Çıxıb gedib yeddi nəfər,Təbəssümlə parlayırdıBəyaz dişlər,Qara gözlər.Hiss etdim ki, pəhləvantəkGüvənirdi özünə o,Sonra açdı qapılarıQaraların üzünə o,Bircə anda boş salonuKonqolular tutdu bütün,Xəyalımda bir qələbəRəmzi oldu həmin o gün.Sonra həmin konqolu gəncSeyr eləyib dörd bir yanı,Dedi:– Açın pərdələri,Ey, başlayın tamaşanı!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-qezeb
Use ← → keys to move, R for a random poem
More by this author
Xəstəxana qucağındaSəsin gəldi otağıma.
Dilim qabar oldu “gəlmə” deməkdənDilim qabar oldu “gəlmə” deməkdən,Sən elə əvvəl də belə dəcəldin.
Gündüzlər birtəhər ovunur yenəGündüzlər birtəhər ovunur yenə,Bilirsən nə çəkir xəstə gecələr?!
Burda min şövq ilə bizBurda min şövq ilə bizGörüşərdik o zaman.
Poems by other poets
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Yat!Axşam namazını tələsik qıl, yubamna, yatSol böyriin üstünə uzanıb, qurdalanma, yat!
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.