Burda min şövq ilə bizGörüşərdik o zaman.Burda gənc qəlblərimizKeçirib min həyəcan.

Bu yaşıl kürsülərinOturardıq üstəAnıram mən, o səninTutduğun güldəstə –

Toxunarkən üzüməSən gülərdin ucadan.Burda gənc qəlblərimizKeçirib min həyəcan.

Yadımızdan çıxmazO yaşıl yarpaqlar,Çox tanışdır sənə dəO söyüdlər, o çinar.

Onların gövdəsinəYazdıq öz eşqimizi.Quşlar öz nəğməsinəValeh etmişdi bizi.

Burda idik hər yaz,Yay, payız – son ayacan.Burda gənc qəlblərimizKeçirib min həyəcan.

O gözəl günlər hanı?Hardasan indi de, sən?Burda keçmiş bir anıQaytaraydım geri mən!

Qaytaraydım səni də,Elə gənc, sadə, gözəliVə deyəydim: yenə dəBu yaşıl bağçaya gəl.

Bağ həmin bağdır, inan:Necə görmüşdük biz.Burda bir sən yoxsan,Bir də ilk gəncliyimiz!

Moskva, 1956

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets