Dilim qabar oldu “gəlmə” deməkdən
Dilim qabar oldu “gəlmə” deməkdən,Sən elə əvvəl də belə dəcəldin.Keçib fırtınadan, qardan, küləkdənSən yenə bu axşam yuxuma gəldin.
Burda dərman ətri, xəstə naləsi,İtib bütün rənglər, hər tərəf ağdır.Sənin yanaqların – o dağ laləsiBurda dözməyəcək, ağaracaqdır.
Bura yuxuda da gəlmə, əzizim,Görkəmi can sıxır, ürək qanadır.Bura yuxuda da gəlmə, əzizim,Bura qəmli yerdir – xəstəxanadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-dilim-qabar-oldu-gelme-demekden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdurYenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.