Dartınır arxada yedək gəmisi,Gedir sükançısı özündən qabaq.Böyük paraxoddan onu cəmisiYüz qulac yoğun ip ayırır ancaq.

Ona ağır gəlir dalda sürünmək,Yedəkdə dartınır hər axşam-səhər.Nə vaxtsa qərq olmuş bir cənazətəkOnu sudan-suya sürükləyirlər.

Körfəzdə dayanmaq istəmir bəzən,Dərin dəryaları o arzulayır.Tərpənə bilməyir fəqət yerindən,Durğun günlərini beləcə sayır.

O fitli-tüstülü paraxoda bax,Gəmini hər yana dartsa – dartacaq.O getsə – gedəcək, qalsa – qalacaq,Bir gün də qərq olub batsa – batacaq.

Sən neçin olursan yedək gəmisi?!Özün keç hünərlə neçə dənizdən.Bir ömür verilib sənə cəmisi,Sürünmə,Yedəksiz yaşa onu sən.

Arxada sürünən bir ömür boşdur,Harda alqışlanıb gerilik, harda?Yedəkdə salamat qalmaqdan xoşdurMüstəqil qərq olmaq fırtınalarda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets