Talış qızı
İnsan çöhrəsinə rəng də, boya daGərək təbiətin özündən keçə.O, gərək nəğməylə sübhü oyada,Günün ilk şəfəqi gözündən keçə.
Mən talış qızının yanağındakıAlığı görəndə buna inandım.Səma qarşısının hanasındakıQövsi-qüzeh onun donudu, sandım.
Örpəyi göylərin bulud tirməsi,Dişləri talışın quzey qarıdır.Buket çay gözünün qara sürməsi,Nəfəsi İstisu qaynaqlarıdır.
Sanki təbiətin hər boyasınıHüsnünə toplayıb talış qadını.Bəxş edib cahana qız ağasını,Həm də kinonağa¹ qoyub adını.
¹ Talış dilində “qızlar ağası” deməkdir.
Axmaz, “axma!” desə axan çaya daKimdir o gözəlin sözündən keçə?!...İnsan çöhrəsinə rəng də, boya daGərək təbiətin özündən keçə.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-talis-qizi
Use ← → keys to move, R for a random poem
More by this author
Köklər bir-birindən on addım uzaq,Gövdələr dəmirtək cilalanıbdır,
Şair dostum, uzaqlardan gəlirsənŞair dostum, uzaqlardan gəlirsən,Sən yaxşı bax bu yerlərə – mənimdir.
Məktəbli uşaq“Kibrit qutusunda beş dənə çöp var,Üçünü yandırdım, neçəsi qaldı?”
DelfinlərTufanla, tolatümlə coşubdur qara dərya,Dağ-dağ qabaran dalğaların məqsədi guya
Poems by other poets
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Sərgəştə könlümün yenə min müddəası varSərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən