Qonşu kupedəki cavan almanla
Qonşu kupedəki cavan almanlaDurmuşam vaqonun dəhlizində mən.Kişisən qəribin dilini anlaAlmanca bir kəlmə bilmirsənsə sən.
O, Bonn şəhərindən bizim məkanaGəlibdir gəzməyə, ellər aşaraq.Yanında arvadı – cavan bir ana,Qolunun üstündə təzə bir qundaq.
O süzür dağları, geniş düzləri,Görən xoş gəlirmi ona bu yerlər?Qatar sürət ilə gedir irəli,Yenə relslər üstə açılır səhər.
Rostova az qalır, sakit Don axır,Budur, uçuq körpü durur pərişan.Elə bil başımda şimşəklər çaxır,Yanımda yenə də o cavan alman.
– Qanlı müharibə! –Anlamır məniO azərcə bilmir, mən də almanca.Sinələr dağlayan iki kəlməniOna işarəylə deyirəm ancaq.
Burda tərcüməçi nəyə gərəkdir,Yox, yox, dilmancsız da anladı deyən.O uçuq körpüdən gözünü çəkdi,Baxdı arvadına, uşağa birdən.
Axı o atadır, axı daş deyil,Götürüb qundağı köksünə sıxdı.Körpünü dağıdan bomba elə bilBu dəmdə yenidən partlayacaqdı.
O girdi kupeyə;Fit verib qatarKeçdi Don çayını təzə körpüdən.Atanın yerinə oğlu utanarGənc alman xəcalət çəkirdi deyən...
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-qonsu-kupedeki-cavan-almanla
Use ← → keys to move, R for a random poem
More by this author
Pamirdağda, Himalayda, Hindquşda“Qar adam”ı axtarırlar yayda, qışda.
Ana nağıllarıGözümdən yuxumu qovaraq hər günNağıl danışardı anam mənimçün.
Qarlı gündəQar ələnir lopa-lopa, asta-asta,Kimsə nəhəng bir ələkdən un ələyir.
Balıqçı oğlunun nəğməsiMən balıqçı olacağam atam kimi,Göy sularda gəzdirəcək məni qayıq.
Poems by other poets
Adəm ata, Həvva gəldi,Dünya səndə qaldı, getdi.
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.