Adəm ata, Həvva gəldi,Dünya səndə qaldı, getdi.Ömr eylədi neçə illər,Dərdə-qəmə daldı, getdi.

Səndə gəzdi neçə xanlar,Kəmərbəstə qəhrəmanlar,Neçə-neçə Süleymanlar,Gözü yaşla doldu, getdi.

Pərixanım, Abbas hanı?Haqq aşığı o Qurbani,Tərk eylədi bu dünyam,Muradını aldı, getdi.

Ağ Aşıq çağır allahı,Yetər dada şahlar-şahı,Çox zülümkar padşahları,Fələk taxtdan saldı, getdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love