Nadan məclisində, naşı yanında,Ləl xırdala, gövhəri seç, nə bilər?Bir damlanı sel anlayan qanmazaBütün ümman, dəryanı keç, nə bilər?

Axtarsan da yerin yeddi qatını,Hər kəs göstərəcək öz isbatını.Namərdə bağışla köhlən atını,Ya yolunda sən zəhər iç, nə bilər?

Özünü böyüdüb dağ edənlərə,Şorunu ərimiş yağ edənlərə,Ağ Aşığın sözün ağ edənlərə,Xəznədar ol, xəznəni aç, nə bilər?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets