Çəkirlər
Bir yandan pristav, bir yandan koxa,Biçarə rəiyyəti dara çəkirlər.Qazı, darğa xalqı soyur soğantək,Dirikən üstündən qara çəkirlər.
Dağ çəkildi Naxçıvana, Sulduza,Duz nədir ki, həsrət qala el duza.Axund, molla, seyid dönüb quduza,Elin sərvətini hara çəkirlər?
Sığındım Göyçəyə, bu mahala mən,Düşdüm acı dərdə, bir zavala mən.Üzüqara necə dönüm dala mən,Ürəyim atəşə, nara çəkirlər.
Ağ Aşıq da dərd əlindən dəlidir,Kənddə koxa qanı soran zəlidir,Gözüm yaşı dağ çayının selidir,Sinəmə dağ-düyün yara çəkirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ag-asiq-allahverdi-cekirler
Use ← → keys to move, R for a random poem
More by this author
Çevirib yönümü haqq dərgahına,Çağırıram bəlkə, gələydi baxdım.
Biçdim əvəzində dəvə qanqalıLeyli-nahar yeddi ağac getdim yol,Xırman boyda yer şumladım, qırdım qol.
BilmirəmAy ağalar belə dərdə neyləyim?Fələk çox veribdi çəkə bilmirəm.
ÇatmadımSevda məni çətin yola çağırdı,Dərələri aşdım yara çatmadım.
Poems by other poets · Homeland
Sən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Gəncüm AğayaGəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi