Libasnan, duruşnan, boyun-buxunnan,İnsanı tanıyıb, bilmək çətindi.Qanannan, qanmaznan dolanmaq olar,Yarımçığı başa salmaq çətindi.

Mətləbini söylə, mətləb qanana,İşarə lazımdı arif olana,Tərəqqidən tənəzzülə enənə,“Bəh-bəh”-deyib, qəh-qəh gülmək çətindi.

Allahverdi işin yox fitnə, felnən,İnsanı qarşıla şirin dilinən,Ayrılma yoldaşdan, bir ol elinən,El olmasa, tək ucalmaq çətindi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets