Qalanmalıyam
Taleyim belədir yaranan gündən,Nahaqdan odlara qalanmalıyam.Nə qədər əlləşəm, var-dövlət yığam,Bir yandan çapılıb, talanmalıyam.
Ürəyimdən od düşübdür üstümə,Heyran-heyrab yaxanlar var tüstümə.Təndir bilib sığınırlar istimə,Belə dolanmışam, dolanmalıyam.
Qəlbimi qanadan yar yarasıdır,Bəxtimin yuxusu məni sarsıdır.Ağ Aşıq haqq üçün hey yanasıdır,Od oğluyam, oda qalanmalıyam.
Kitabxana.az · https://kitabxana.az/en/works/ag-asiq-allahverdi-qalanmaliyam
Use ← → keys to move, R for a random poem