Kapitan İqranoviç haqqında

Şahi-şahan imperator, xosrovi-keyvan sərir,Padişahani-cahan olmuş onunçun dəstgir.Ədlilə tutmuş cahanı pərtövi-xurşid tək,Hər kəminə çakəri əflakə qoymuşdur sərir.Qubbeyi-xərgahı doqquz çərxi-minadən keçib,Dadi-məzlumu sütun qalmış ədaləti cərir.Xosrovi-səyyarə baş açmış üfüqdən hər səhər.Asitani-ərş simasında qullar tək həqir.Çadiri-nili çəkib başına çərxi-lacivərd,Türreyi-şəbrəngə vurmuş şanə bu bədri-munir.Bir kənizi-mətbəxi qılmış özün ixlas ilə.Eyləyib cismi-lətifin barıgahında həsir.Yeddi göylər cəbhəsin mina qılıb əncüm belə.Boynuna zəncir salmış kəhkəşandan çərxi-pir.Buqeyi-hər xakə təyin eyləmiş bir sərfəraz.Hər biri İskəndəri-sani cahanda binəzir.Sərhədi-İrana qoymuş kapitan İqranoviç.Çeşmi-gərdun görməmiş devranda bir beylə əmir.Rəşki-firdovsi-bərin qılmış Muğanı sərbəsər,Şahsevən yeksər olubdur xaki-payında əsir.Etməyib dünya qulağına kəlamı tək kəlam,Görməyib çeşmi-fələk bir beylə hüşyarü bəsir.Hər kimin qəlbində bir sirri-nihan olmuş ola.İsiyi-Məryəm kimi əsrarə olmuşdur xəbir.Düşməni-bədxu əyər kəndusuna qarşı dura,Rubəh-asa titrər əzası görüb guya ki, şir.Əncüm-əflakı mühit etmiş cünudi-rus tək.Yer üzün təxsir qılmış ədl ilə Petri-Kər,Navəki-dilduzu şiri-çərxdən pərran keçib,Eylə kim asan keçər kərbasdan qərran tir.Mehri xavər bədri-ənvər çərxi-ətləs, sübhü-şam.Xani-mətbəxxanəsicün dəhr edib iki, fətir.Zakoni-İsanı ehya eyləmişdir necə kim,Eyləyibdir zində ənvatı Məsihullahi-pir.Tövsəni-təbim genə “İqranoviçin mədhini,Xingi-gərdun tək səriusseyr dər-vəqti-məsir.Xidmətində baş açıbdır bir mütərcim sübhü şam,Eylə kim gün qarşısında baş açıb bədri-munir.Adına Mirzə İbadullah deyər əhli-cahanQaməti xoş xətti dilkeş, yox onunçün bir nəzir.Madəri-gərdun onun tək doğmayıbdır bir cavan.Səfheyi-dövranda yad etməz onun tək dəhr pir,Xətti kağız üstə müşki-Çin təkdir dilfirib,Dudeyi-kilki-lətifi guiya vardır əbir.Mir Fəttah Mir Nizam oğlu sənə məddahdır,Bir kərəm qıl, qoyma qalsın dəhr ara xarü həqir.Zəhməti məhzi-rizayi-həqq üçündür, şah üçün,Eyləməz bir yol təmənna hiç kəsdən bu əmir.Həm mütərcim, həm özü vəqf eyləyib canın şəhə,Gecə-gündüz yatmayıb heç birisi bir ləhzə sir.Çox kəsə cibi-mübarəkdən verir altunü zər,Çoxların fəryadına yetmiş bu qapdan, ey bəsir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate