Yaxşıdır
Qəm çəkmə, ey könül, fani dünyada,Qılınc çəksən dərdə, aha yaxşıdır.İbadət et, leyli-nahar sal yada,Şükür etsən bir Allaha yaxşıdır.
Əl çirkidi qızıl, mal ilə dövlət,Kim tapıb onunla dünyada şöhrət.Namussuz, qeyrətsiz olsa bir övrət,Onu atsan fızıllığa yaxşıdır.
Düşün ədaləti, unutma daha,Ağada iman yox, sultanda səxa,Nəsihətli sözlər deyim bir daha,Haram yüzdən, halal şaha yaxşıdır.
Ağ Aşıq elini etdilər talan,Namərdlər mərd olub, mərdlərsə yalan,Atalar ölərkən yurdunda qalan,Qeyrətli övladı daha yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/ag-asiq-allahverdi-yaxsidir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Praise
با آنکه جز او هیچ شهی نیست گدا شد
Səhər vaxtı siyasi bir məhbusSübh açılır, gün doğuyor hər səhər,Ah sən, ey məhbəsi-viranə, sən,
Birdi, birBizi yoxdan var eyləyən, Qəni Sübhan birdi,bir,Abu,atəş,xaki, baddan xəlq olan can birdi,bir.
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.