Çevirib yönümü haqq dərgahına,Çağırıram bəlkə, gələydi baxdım.Kecə günahımdan kərəm sahibi,Mənim də üzümə güləydi baxdım.

Ürəyim istəyir halalı, pakı,Şeytanı qəlbimdən qovaydım hakı,Rəbbimə duadır dodağımdakı,Qanlı göz yaşımı biləydi baxtım.

Könlünə nə dəyib, inciyib belə,Bəlkə, uyubdu o, fitnəyə-felə?Ağ Aşıq, göz yaşın dönübdü selə,Nola, əhvalımı biləydi baxtım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love