Payızda boz sulara durub fikir verəsən,Kür öz sahillərilə nə danışır görəsən?!Bəlkə bir zaman mənim sənə dediklərimiKür öz sahillərinə söyləyir insan kimi.Bəlkə onunçün belə sahillər cadarlandı?Yoncalıqlar saraldı, söyüdlər qubarladı?Çinar xəzəllərini tökdü göz yaşı kimi,Haray çəkdi turaclar bağrımın başı kimi?Bəlkə bu nə sahilin, nə də Kürün səsidir, –Sıxıntılı fəsilin – payızın nəğməsidir?Bir aləmdir, doğrusu, durub qulaq verəsən,Kür öz sahillərilə nə danışır görəsən?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring