Dolaşıb yanımda öz adətinləAtılıb-düşürsən, oyun açırsan.O şıltaq, o şeytan təbiətinləHərdən yıxılırsan, durub qaçırsan.

Sənə qoşulurdum həmişə mən dəHay-küy də salırdın, qab da qırırdın,Qəlbinə dəymirdim.İşdən dönəndəSən mənə nağıl da danışıdırırdın.

Bu gün elə deyil. Kədərliyəm mən,Şıltaq oyunların açmır qəlbimi.Əlini qeyzlə çəkdim üzümdən,Baxdın gözlərimə oxlanmış kimi.

Mən heç vaxt qəlbinə toxunmamışdım,Bu gün ürəyimdən xəbərin varmı?Baxdın gözlərimə – gözlərim yaşdı,Kişi də...Ata da heç ağlayarmı?

Yox, yox sən uşaqsan, kiçiksən hələ,Atanı ağladan səbəb var, qızım.Azman görkəmiylə o fillər beləBəzən dözməyərək ağlayar, qızım.

Həyat bəsləyibdir möhkəm, sərt məni,Heç vaxt bilməmişəm bahardı, qışdı.Aldığım zərbələr, aclıq, dərd məniHeç zaman, heç zaman ağlatmamışdı.

Baban bu dünyadan köçüb gedəndəAtanın indiki yaşında idi.(Atalar gənc ölür...Kim bilir mən də...)Onda ağlamadım, fəqət qəm yedim.

Nənən də öləndə ağlamadım mən,Qəlbimə axırdı gözümün yaşı.Deyirlər, su içir saçlar ürəkdən,Budur bax,Ağarır atanın başı.

Gülüm, bilirsənmi şairdir atan,Söylə, bilirsənmi, şairlik nədir?Gözümün yaşını bu gün axıdanSəbəb də, günah da şairlikdədir.

Yox, təvazökarlıq tutmur bu yerdə,Şairəm, özü də yaxşısındanam.Bunu yüz yol deyib tənqidçilər də,Lap heç deməsinlər.Məgər nadanam?!

Gücümü, qüvvəmi görmürəm məgər,Məgər mən görmürəm yaxşını, pisi?Öz zövqüm mənimçün dünyaya dəyər,Gəlsə də dünyanın min tənqidçisi.

Bir dəİndi şair artıb o qədər,Bahar seli kimi hey gəlir ardı.Onların yanında mənim kimilərPuşkindi, Sabirdi, Pol Eluardı.

Düzdür, şeriyyətin yolunda mən dəElə bir uca dağ yaratmamışam.Lakin xoşbəxtəm ki, sözü deyəndəBir əvəz almağa can atmamışam.

Mən çalışmamışam xoşa gəlməyə,Çoxları ucalıb bu yolla, nə qəm.Dalda dodaq büzüb, üzə gülməyəCan bala, əvvəldən öyrənməmişəm.

Şair var, görürsən, hər kəlməbaşı“Dərdin alım” deyir qadınlar kimi.Baxırsan gövdəsi dəyirman daşı,Hərlənir sənətdə payı var kimi.

Ötəri insana, ötəri hissəŞeir yazmamışam. Şadam buna da.Nəğməmin ürəyi vətən deyilsə,Mənə oğul deməz doğma ana da!

Lakin sözlərinə çox inandığım,Dönməz, ləyaqətli insan sandığım,Şəninə nəğmələr qoşduğum insanQəlbimi tapdadı bu gün, balacan.

O dedi üzümə:“Lazımsa əgər,İnsan sözünü də dəyişməlidir.

Tufanlara qarşı dursa bir nəfər,Xəstə yatağından qaçan dəlidir...”

O dedi:“Nəsimi dönsəydi bir anSöylə diri-diri soyulardımı?Cordano Bruno hətta yalandanDönsəydi, tonqalda kül olardımı?”

Bunları o dedi,O dedi, bəli,Quruyub mən daşa döndüm az qala.Mərdliyin, sərtliyin uca heykəli –Mən ona bu sayaq baxardım, bala.

İndi ağlayıram mən bu dərd ilə,Yandırır sinəmi qəm-qubar, qızım.Azman görkəmiylə o fillər beləBəzən dözməyərək ağlayar, qızım.

Yerə tabaşirlə çəkib xanalar,Siz dünən həyətdə oynayırdınız.Sənin özün kimi qəşəng bir qız var,Cığallıq elədi oyunda o qız.

Balaca əlini ölçə-ölçə sənSübuta yetirdin haqq olduğunu.O qız da dönmədi öz dediyindənDurub seyr edirdim kənardan bunu.

Nəsihət verməyi sevir böyüklər,Yanaşıb mən səni danladım bir az.Özgə uşağına adam nə deyər? –Sənə acıqlandım, dedim: yaramaz!

Dedim güzəştə get, olsan da haqlı!Oyundan kənara çəkildin həmən.Baxdın gözlərimə sən qaşqabaqlı,Hönkürdün, hıçqırdın, ağladın birdən.

Mənə haqsız dedin: haqlıykən dönməkBalaca qəlbinə gəldi ar, qızım.Uşaq heç,Haqsızlıq önündə deməkBəzən böyüklər də ağlayar, qızım.

Mənə “sözlərini dəyiş!” söyləyənO əmi görəydi səni bu anda!Görəydi atanın önündə də sənSözündən dönməyib məğrur duranda.

Balaca boyunu,Şah vüqarınıGörüb bir xəcalət çəkəydi barı.Görəydi özünü, övladlarınıDönməyib ölümə tapşıranları.

İnsanlar bir ömür yaşayır ancaq,Demək sürünmək də, uçmaq da olar.Çətindir kürənin üzünü tapmaq,Şüşə güzgüsündə bircə üzü var.

Bir üzlü, bir sözlü – demiş atalar,Yüz ildir belə bir ömrün bir günü.Bu Odlar yurdunda bir məsəl də var:Kişilər yalamaz tüpürdüyünü.

O isə yaladı,Hətta mənə dəBelə rəzaləti gördü məsləhət.Bax, qızım, gözlərim doldu yenə də,Sinəmdə nifrətə döndü məhəbbət.

Sən başa düşməzsən, uşaqsan hələ,Atanı ağladan səbəb var, qızım.Azman görkəmiylə o fillər beləBəzən dözməyərək ağlayar, qızım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets