Yaman oxşayırsan, deyirlər, mənə
Yaman oxşayırsan, deyirlər, mənə,Qaşların, gözlərin guya mənimdir.Üzümün rəngi də çökmüş üzünə...Qoy ata gözüylə sənə baxım bir.
Görkəmin mənə də çox tanış gəlir,Elə bil mənimdir səndəki gülüş.Güləndə yanağın batır, çökəlir...Sanki bir almayıq iki bölünmüş.
Qəlbim dağa dönür bu bənzəyişdən,Qaşınla, gözünlə mənə oxşa sən –Gözümün nuru da gözünün olsun!
Əksini qoy səndə seyr etsin atan.Ancaq, əziz balam, çalış hər zamanBir ürək, bir beyin özünün olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-yaman-oxsayirsan-deyirler-mene
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Ana laylasıBalama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,