Mənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.Yanağım allanıb, çöhrəm təzə-tər,Görən yeniyetmə cavanam, deyər.Dən düşən saçlarım qaralıb sanki...

Sevgilim, əzizim, mənə inan ki,Mən elə həminəm - ömrü tən yarı,

İndicə saydığın bu nişanlarıHünəri, həvəsi, şir qüvvətini,Cavanlıq odunu, hərarətiniMənə sən qaytardın, mehribanım sən,Gəncliyim qayıdır səni sevəndən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love