Payız göylərinin boz aynasındaUçdu axırıncı durna qatarı.Sıxıntı fəslinin qəm havasındaDindi durnaların son nidaları.

Çinarda tək yarpaq — dənizdə ada,Bir üzü yaşıldı, biri gümüşdü.Düşdü, xəzəllərə qarışdı o da,O da tənhalığa dözmədi, düşdü.

Tək-tənha dolaşıb göyün üzündəTəkliyə dözmədi, günəş də batdı.Onunla şəfəqli bir gündüzün dəBir günlük həyatı axıra çatdı.

Tənhalıq yamandır, gülüm, yamandır,Təklik sınağına sən az çək məni.Sularda qərq elə, tonqalda yandır,Fəqət qoyma yalqız, qoyma tək məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring