Özünü dərk edib duyduğu gündən
Özünü dərk edib duyduğu gündənİnsan taleyini “daşa bağlayıb”.Təşnə dodaq üçün axıb dərindən,Bulağın gözüylə daşlar ağlayıb.
Hələ ömr edəndə mağaralardaİnsana daş balta silah sayılıb.Deyirlər nə qədər eldə, diyardaDaşa yaman demək günah sayılıb.
İnsan özü qurub daş zindanları,İnsan özü yıxıb daş məhbəsləri.İnsan daş bütləri, hökmranlarıUcaldıb, uçurub illərdən bəri.
Daş var – bu torpaqda sərhədə dönüb,Baisi olubdur qəm-kədərin də.Daşlar Qobustanda şöhrətə dönüb,Daşlar yetim qalıb Xudafərində.
Daş insan oğlunun evi, otağı,Öləndə buz rəngli məzarı olub.Daşlar dəyirmanda elin dayağı,Heykəldə bir xalqın vüqarı olub.
Daşlar bünövrədə olaydı möhkəm,Pıtılı, kövrəyi kaş olmayaydı.İnsan sinəsində ancaq deyirəm:Ürəyin yerində daş olmayaydı.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-ozunu-derk-edib-duydugu-gunden
Use ← → keys to move, R for a random poem
More by this author
Yüz süfrədə müftə nemət dadsan da,Yalnız əməyinə minnətdar ol sən.
Süfrə nəğməsiAy eloğlu, biz toyuna gəlmişik,Məclisimiz məclislərə calansın.
Dünya ovcumdadırDünya ovcumdadır nəğmələriylə,Dünya ovcumdadır qəm-kədəriylə,
Yollarda axtar məniMəni yollarda axtar,Eniş-yoxuş yollarda.
Poems by other poets · Homeland
Əsgər məktubları alıram hərdən,Məhəbbət, cəsarət, dəyanət dolu.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
SındırarMaymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.