Xatirinə düşürmü ilk görüş çağlarımız?Onda nə əllərimiz, nə də dodaqlarımızHələ görüşməmişdi.Sevdanın ilk anları!Neçə aşxanaların, neçə restoranların,Çayçı dükanlarının, qəlyanaltıxananın,Ləziz nemətlər dolu neçə-neçə binanınKeçib getdik yanından.Xörək ətirlərinə,Kabab tüstülərinə rast gəldik dönə-dönə.Onların da yanından biz keçdik gülə-gülə,Mindik yer şarı boyda nəhəng bir karuselə.Mən heç başa düşmədim —ac imişsən demə sən,Yalnız səhər tələsik bircə tikə yemisən,Karusel fırlanırdı, biz qalxırdıq yuxarı,Meh alnına, üzünə dağıdırdı saçları.Biz qalxırdıq, qalxırdıq, qalxırdıq pillə-pillə.Az qala ulduzları tutacaqdım mən əllə.Ürəyimdən bu zaman keçdi dəli bir istək:Düzüm ağ ulduzları boynuna mirvaritək.Biz qalxırdıq:indi lap yaxın idi Ay mənə,İstədim alıb onu taxım sənin sinənə.Mənim ağılsız eşqim!Sənin fikrindən bəlkəBu vaxt keçirmiş yavan, barmaq boyda bir tikə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets