Eləmə
Qadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,Qeyb xəzinəndən yetir ruzisin,Sən mərdi-namərdə möhtac eləmə
Qadir Allah, sənin kərəmin çoxdur,Tənəli söz xəncərdir, nizədir, oxdur,Qardaşın qardaşa vəfası yoxdur,Qardaşı qardaşa möhtac eləmə
Namərd körpüsündən olsam, keçmənəm,Karvan olsam, mənzilinə düşmənəm,Əldən camımı alıb içmənəm,Sağ əlimi sol ələ möhtac eləmə
Şair olan deyər sözün varısı,Varısı olmasa olsun yarısı,Qoy lap olsun gözlərimin birisi,Bu gözüm o gözə möhtac eləmə
Dəllək Murad deyir sözün zatını,Əl əldən ötkündür, işin çətini,Qurda quşa qismət elə ətini,Atanı oğula möhtac eləmə
Kitabxana.az · https://kitabxana.az/en/works/dellek-murad-eleme
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Buraxdı xakə hüsnün afitabi-aləmarayi,Götürdü yer üzündən möcizi-ləlin Məsihayi.
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Elə gəlsinDərdlərimi dağlara qoy deyim, dilə gəlsin,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.
GəlmişəmAman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm