Getdin. Bir acıqla çırpdın qapını
(Zarafatyana)
Getdin. Bir acıqla çırpdın qapını,Söz verdin — bir daha gəlməyəcəksən,Qırdın ürəyimin titrək sapını,De, necə dözərəm sənsizliyə mən?
Bir saat keçməmiş qayıtdın geri,Dedin: – Əlcəklərim çıxıb yadımdan,
Qəsdən unutmuşdun sən əlcəkləri,Demək əl çəkmişdin öz inadından.
Duydum gözlərinə baxdığım anda,Orda gülüş vardı qəzəb yerinə.Əlacım olsaydı geniş meydandaMən heykəl qoyardım əlcəklərinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-getdin-bir-aciqla-cirpdin-qapini
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,