Mənə elə gəlir insandır dəniz,İnsanın səsi var onun səsində.Elə ki, köpürdü, oyandı dəniz –İnsanı görürəm köpürməsində.

Sanıram dalğalar döyünən ürək,Bu başsız küləklər nəfəsdir ona.Çarpışmaq, çağlamaq, coşmaq, köpürməkCanlı bir şahiddir insanlığına.

Bəlkə buna görə coşanda dənizBiz ona deyirik: – Narahat insan!Bəlkə buna görə insana da bizDəniz söyləyirik çağlayan zaman?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets