Düşsən uzaq elə sən,Qəlbin sıxılsa əgər –Yurdunu yad elə sən,Kədərin keçib gedər.

Düşün ki, orda yenəYasəmən açıb çiçək,Öpüb sahilləriniKür axır əvvəlkitək.

Boz söyüd, ağcaqovaqYenə qol-budaqlıdır,Düşün, yenə o torpaqBağçalıdır, bağlıdır.

Düşün ki, kənd qızlarıOxuyur, çalır yenə.Durnaların qatarıGöyə ucalır yenə.

Toyları, məclisləriDuysan mən duyan kimi,Ürəyinin kədəriDağılar duman kimi.

Xatirinə sal hər günDoğulduğun kəndi sən,Qoynunda böyüdüyünYaşıl aynabəndi sən.

Ömrün qəmli anındaDüşün aşıq dostunu,Toyxanalar qoynundaÇox görmüsən sən onu.

O sazı, o söhbətiHarda olsan unutma,Könlünün məhəbbətiDoğma yurdunu atma.

Nə şərab məclisləri,Nə qızdakı incə səs,Qəlbindəki kədəriƏsla dağıda bilməz...

Düşsən uzaq elə sən,Qəlbin sıxılsa əgər,Yurdunu yad elə sən,Kədərin keçib gedər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets