Qara dəniz qapqara,Qaradır adı kimi.Zülmət çöküb sularaQarğa qanadı kimi.

Qara su səhrasındaNəhəng gəmi sürünür.Gəminin ziyasındaQağayılar görünür.

Qağayılar ağappaq,Uçurlar dəstə-dəstə.Elə bil yüz-yüz varaqSəpələnir su üstə.

Dalğalanır belinəQonduqca ağır-ağır,Sanki qatran gölünəƏlçim-əlçim qar yağır.

Bəziləri millənirSulara qayıq kimi,Bəziləri yellənirHavada yaylıq kimi.

Çörək atırıq hərdən,Şığıyıb götürürlər.Onlar bizi gecədənSəhərə ötürürlər.

Qara dəniz, 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets