Yer qazılır,Bir binanın bünövrə yeri...Alt qatları varaqlayır insan əlləri.Daşlar çıxırÜzərində xətt, naxış, yazı.Qəbzəsində barmaq yeri qılınc parçası...Pas atmış ox.Bürünc başlıq,Əyilmiş cidaDövran sürmüş babaları gətirir yada.Anam Bakı,Qəhrəmanlıq torpağı oldun,Yaranışdan düşməninə göz dağı oldun,Yer qazılır...Bir tarixdir onun hər qatı,İnsan kimi dilə gəlir torpağın altı.İgid baba,Hünərini dedikcə bizəNeçə-neçə sual gəlir ürəyimizə:Bu qılınclar, bu nizələr,

Oxlar kimindir?Üzərinə qoşun-qoşun axıb yeriyən,Torpağında silahıyla birgə çürüyənMin fatehin, qəsbkarın – düşməninindir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland