Vaveylayi-nifrət
Təməddün əhli olmuş elm ilə alim, ziyalanmış.Pozulmuş milləti-islamın əxlaqı, fənalanmış,Ülumi-dinü dünya kəsbinə məmur ikən bizlər.Fəqət bir elmi-din əxz etməyə xalq iktifalanmış,Nə qəflət! Elmdən eylər təbərra vaizü qazi.Vahalonki qivami-şər elm üzrə binalanmış,Qaçıb elmin pərisi kişvəri-islamdən Qərbə.O yari-dilrübayə əhli-məğrib aşinalanmış,Dolub Əhriməni-cəhl ilə Şərqin darülimani.Tutub əmrazi-nəfsaniyyə xalqı, mübtəlalanmış,Bu yanda hökmfərma din adı altında dinsizlik.O yanda elmi-əxlaq ilə bütlər etidalanmış.Bu yanda zülmü istibdadi-dinidən, məazzallah,Həzaran dürlü mövhumat ilə başlar həvalanmış.O yanda sayeyi-hürriyyəti-əfkardən başlar.Çıxıbdır övci-ərşə gün kimi gitinümalanmış,O kəs kim dami-təzvir eyləmiş övradü əzkari.Deyərlər müttəqidir, saqqalı ağdır, hənalanmış,Baxılmaz siyrətü əxlaqa ya ətvarü rəftara,Müqəddəsdir hər ol kəs kim, ridalanmış, əbalanmış,Vəli hər kəs ki, təğyiri-libas etsə, haman saət.Nəzərlərdə olur mənfurü məyub, iftiralanmış,Əgər bir yerdə bir haq söz desə, qətli olur vacib.Deyərlər kafir olmuş, rahi-həqdən inhinalanmış...Hanı bir kəsdə cürət, dəm vura həqqü həqiqətdən,Səbahi-tirədə şəmsi-həqiqət ixtifalanmış.Təməddün yox, təəllüm yox, təğafül çox, təcahül çox.Ürəklər lövhəsində nöqteyi-beyza qaralanmış.Bu dərdə öz təbibi-haziqin göndər, əlac etsin,Məzaci-milləti-islam Səhhətdən cidalanmış.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-vaveylayi-nifret
Use ← → keys to move, R for a random poem
More by this author
Yay fəsliydi, bir gün axşam çağında,Gəzişirdim Qız qalası dağında.
OxucularımaEy möhtərəm qarelərim! Topladığım bu əşar,Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır.
Tərcümeyi-halım yaxud hululuEşq zənciri qırıldı, yol açın,Ey uşaqlar, hululu gəldi qaçın.
Bəyani-halKeçmişdə süxənvərani-agah,Olmuş nüdəmayi-məclisi-şah.