Tərcümeyi-halım yaxud hululu
Eşq zənciri qırıldı, yol açın,Ey uşaqlar, hululu gəldi qaçın.Od saçır ağzı, vücudu alışır,Od tutar kim ona bir dəm yanaşır.Məğzi bir saiqə, bir vulkandır,Könlü niyran, əməli xüsrandır.Uçurumlar, qayalar məskənidir,Qanlı, müdhiş quyular məmənidir.Daldığı fikri dərin dəryalar,Düşdüyü eşqi çətin sövdalar.Qəlbi qan, halı yaman, xanəxərab,Göz yaşı içdiyi su, bağrı kəbab.Satdığı cinsi böyük niyyətlər,Aldığı nəfi fəna töhmətlər.Fikri ali, bədəni xarü zəlil.Adı Səhhətkən, özü xəstə, əlil.Qanlı əllərlə tıxanmış nəfəsi,Bağırır, çıxmayır amma ki, səsi.Çırpınır bəlkə qutarsın özünü,Dinləyənlər eşidərlər sözünü.Şişə çəksəz də diriykən ətimi,Atmaram mən vətənü millətimi.Məsləkim tərcümeyi-halımdır.Lütfi-həq qayeyi-amalımdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-tercumeyi-halim-yaxud-hululu
Use ← → keys to move, R for a random poem