Darı küncüt, arpa, buğda əkməsəm,İlin üç fəslində zəhmət çəkməsəm,Ac qalmazmı gözəl, məsum uşaqlar?

Mənsiz kətan, kəndir verməz zəmilər,Çadırsız yelkənsiz qalar gəmilər,Nazik donsuz yayda uşaqlar ağlar.

Suvarmasam, yanar otlar, çiçəklər,Ac qalanda süd verməsə inəklər,Nədər olar şor, pendir, yağ, qaymaqlar?

Ot biçməsəm, qırılmazmı qoyunlar?Hardan olar hasil o vaxtı yunlar?Qışda nədən olar kürklər, papaqlar?

Əkinçi hər kəsdən artıq çalışar,Onun əməyilə insanlar yaşar.Qida verər məxluqata torpaqlar,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets