Sənin kimi məlahət mülkünə bir padşah gəlməz,Bənim kimi məlamət şəhrinə kəmtər gəda gəlməz

Gözəllik asimanında yüzün kimi günəş doğmaz,Sənin kimi lətafət bir cənnətə məhliqa gəlməz

Səmənd naz ilə gəldin, sıdın həp qəlbi-üşşaqı,Bu meydana sənin kimi dilavər dilrüba gəlməz

Nə müşküldür ki hər dəmdə rəqibilə gələ dilbər,Cahanda bundan özgə aşiqə müşkül bəla gəlməz

Ruxun gülzarının gərçi həzaran bülbülü vardır,Vəli Nitqi kimi bu gülüstanə xoşnəva gəlməz

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love