Üzü insan, qafada heyvandır,Zöhddə iddiası Səlmandır.Ərəbi bir uzun don əynində,Mündəris bir əba da çiynində.Qoymuş on beş yetimi bicamə,Başına bağlamışdır əmmamə.Keçirib mütəxanələrdə günün,Yeyib ancaq yoğunladıb boynun.Qürbət içrə gedib gəzir neçə il,Fikr edir bəsdir etdiyim təhsil.İndi Allah vəkili oldum mən,Şəri-ənvər dəlili oldum mən.Bir cahangir, bir cahannəxvət,Vətənə onda eyləyir övdət.Hər zaman xalqı etməyə iğfal,Gətirir bir şələ uzun saqqal.Xalq bir-bir gedib öpürlər əlin,Anlamaz kimsə hiyləsin, əməlin.Bir nəfər baş çıxartsa fəndindən,Doğradar orda bənd-bəndindən.Millətin ehtiyacına dair –Danışan kəsləri edir kafir.Vird edib kafir olmayan sözünü,Qulağın kar edib yumub gözünü.İbn Sinanı eyləmiş kafir,Rumi Movlanı eyləmiş kafir.İşi başdan-ayağa qüllabi,Söyləyir kafir oldu Farabi.Öyrənib hiyleyi-şərin mütləq,Başına cəm edib neçə əhməq.Bərşikəst eyləyir də məxluqi,Tovlayıb doldurur da sənduqi.Bu bizə pişvayi-din olmuş,Füqərə malına əmin olmuş.Vay bizim tirəbəxt halımıza,Vay fəlakətli bəd məalımıza!Belə millət itib puç olmazmı?!Qanlara qərq olub boğulmazmı?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland