Qış
Bir az əvvəl sağa-sola uça-uça fırlanan,Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman,Küçələrdə it soyuqdan zingildəyir, üşüyor.Hərdən külək qalxır, yerdən qarı qapıb sovurur,Gəlib – gedən insanların üz-gözünü qovurur.
Dağı, daşı qar büsbütün ağ kəfənə bürümüş,Pəncərənin şüşələri buz bağlayıb donmuşdur.Dəyirmanın, bulaqların suyu donmuş, qurumuş,Sərçə, dolaş yem axtarır, qar üstünə qonmuşdur.Dövlətlilər isti evdə rahat yeyib yatırlar,Un almağa ac, yanıqlar paltar-palaz satırlar.
Allahpayı diləyəni acıqlanıb söyürlər,“Allah versin, get kəsb elə” deyib hər kəs rədd edir.“Acam, donub ölməkdəyəm” desə, qovub döyürlər.Bir deyən yox fəhləliyə bunlar getmir, kim gedir?Bu yazıqlar deyilmidir fabriklərdə çalışan,Lağımlarda külüng çalan, zəhmətlərə alışan?!
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-qis-2
Use ← → keys to move, R for a random poem
More by this author
Əlbir olub bir ayı bir şir ilə,Ovladılar dovşanı tədbir ilə.
Qarışqa və milçəkDedi bir gün qarışqaya milçək:..Sən zirəksən və ya ki, mən zirək?
Sərçə və qırğıSərçəni bir qırğı edərkən şikar,Bir tələyə oldu qəzadan düçar.
Tülkü və meymunDedi bir tülküyə bir gün meymun:– Səndə, yoldaşcığazım, çoxdur yun,