Əhmədin qeyrəti
Fabrikləri, insanları, daş-torpağı qapqara,“Çornı-Qorod” adlı şəhrin fabrikində çalışan,Gurultuya adət etmiş, partıltıya alışan,Çoxdan vardı Əhməd adlı bir iranlı biçara.Qürbət içrə fəhləliklə saxlar idi öz başın,Həm vətəndə dul anasın, yetim bacı-qardaşın,
Qabarladıb şişirtmişdi əllərini, çiynini,Ağır, böyük maşınların zəncirləri, zəhməti.Çalışdıqca əksilməzdi hərgiz onun qeyrəti,Çox sevərdi vətənini, millətini, dinini.Bir gün səhər Əhməd gördü əldə qəzetsatanlar –Bağırırlar: “Alız, baxız, kim, İranda yanğın var”.
Qəzetəni alan kimi rəngi-ruyi saraldı.Gördü yenə yazılmışdır: “İran olmuş viranə”,Şahi-məxlu Odessadan qayıtmışdır İranə.Fikrə getdi, qüssəsindən göy başına daraldı,Birdən-birə sonra qalxıb dedi: “mən də gedərəm,Vətənimi xainlərdən müdafiə edərəm”.
O gün çıxan paroxodla gəlib çatdı vətənə.Qış mövsümü, qayət soyuq, yağmurlu bir havada,Gördü ancaq arvad-uşaq qalmış kənddə, obada,Kişilərin şah qırdırmış qaniçən şahsevənə.Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu,Eyləyirlər mühafizə xain İran qurdunu.
Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə...Vətənini belə görcək qeyrətindən ağladı,Uğurunda ölmək üçün belin möhkəm bağladı.Pay-piyadə düşdü yola, getsin çatsın ləşgərə.Taqət kəsən qarlı külək gərçi davam edirdi,Cəsarətli Əhməd lakin qeyrət ilə gedirdi.Bir neçə gün yol gedəndən sonra birdən eşitdiBiyabandan gəlir şeypur səsi, vətən nəğməsi,Baxdı gördü yürüş edir fədailər dəstəsi.Al bayrağın təməvvücün görcək sevindi, getdi,Yavuqlaşıb salam verdi, tüfəng aldı, yanaşdı.Yorulmadan onlar ilə bir çox qarlı dağ aşdı.
Keçdikləri tarlaları tanıyırdı, bilirdi,Bir də dönüb baxar ikən öz kəndləri göründü.Əndamına rəşə düşdü, qəlbi gup-gup döyündü,Göz yaşını ətəyilə gizlin-gizlin silirdi.Çox istədi gedib görsün anasını haqlasın,Qorxdu bəlkə getməyinə mane olub saxlasın.
Gedirdisə Əhməd lakin xeyli pərişan idi.Bu əsnada şeypur səsin duyub kənddən yüyürdü –Yol tərəfə bir çox uşaq: Əhməd baxanda gördü,Öz qardaşın, uşaqların arasında tanıdı,Yavuqlaşıb qardaşıyla qucaqlaşdı, öpüşdü,“Anamıza salam eylə” – deyib ordan ötüşdü.
Gənc əsgərin könlü bir az rahat oldu, fərdası –Firuzkuhun civarına gedib yetişdi ordu,Şahpərəstlər Yefrem xanla olmuşdular rubəru.O gün səhərdən başlandı yaylım atəş davası,Yağmur kimi yağan güllə tufanının önündəYarpaq kimi düşən vətən qurbanların görəndə,
Qorxdu Əhməd, rəngi qaçdı, tir-tir əsdi əlləri,Bir az sonra hər tərəfdən verildikdə komanda,Aslan kimi birdən-birə cürətləndi o anda.Meyitlərin arasından addımladı irəli,O bir ovuc əsgər o gün altı saat atışdı.Birdən güllə yağmuruna qar yağmuru qatışdı.
Düşmən topçu atəşilə yürüş etdi irəli,Könüllülər çəkilməyə məcbur oldu, Yefrem xan:“Yoldaşlarım, mən gedirəm, – dedi, – gəlizdalımcan”.Əhməd dedi: “Mən də burda ölüb dönmərəm geri”.Fədailər diliranə ricət etdi dübarə,Şahpərəstlər şikəs tapıb, üz qoydular fərarə.
O halacan igid Əhməd almamışdı heç yara,Fəqət hərbin o “səfalı” həngamında bir qurşun.Gəlib dəydi sağ qoluna, etdi onu qərqi-xun,Bihal oldu, qan apardı yıxıldı torpaqlara...Bu hal ilə əsrə qədər müharibə uzandı.Nəticədə fədailər şanlı zəfər qazandı...
Üç ay sonra yaz fəsliydi, gün düşmüşdü çöllərə,Gənc əsgərin dul anası dizin qucub inlərdi,Oturmuşdu astanada cavan oğlun bəklərdi.Gəlib-gedəndən sorurdu, göz dikmişdi yollara.Birdən gördü oğlu gəlir, şadlığından ağladı,Ana, oğul, bacı-qardaş bir-birin qucaqladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-ehmedin-qeyreti
Use ← → keys to move, R for a random poem
More by this author
Kim baxarsa haçaq bizim şəhərə,Bir məzarlıq kimi gələr nəzərə.
Yadındamıdır?Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,
Füzulinin bir qəzəlini tərbiDərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
Nitqi-mənzumQardaş, gözün aç, bircə oyan, gör nə zəmandır,Dünya üzü elm ilə bu gün rəşki-cənandır.
Poems by other poets · Homeland
Zinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Ağılar…Nə evdə dözürəm yalqız,Nə çölə çıxa bilirəm…
AnaAna, ana – bu kəlməcik hər körpənin ən ilkinÖyrəndiyi bir kəlmədir, əmdiyi süddən şirin.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,