Ölü şəhər
Kim baxarsa haçaq bizim şəhərə,Bir məzarlıq kimi gələr nəzərə.Hökmfərmadır onda sümtü sükut,Sarmış afaqını dumanlı bulut.Rəxnələnmiş həsarü divarı,Səqfi çökmüş qədimi asarıQəmli mazisini hekayət edər,Taleindən bütün şikayət edər.Nə gurultu, nə küy, nə səs vardır,Bir neçə ruhsuz qəfəs vardır.Dirilikdən əsər-əlaməti yox,Həşri var, şurişi-qiyaməti yox.Bəs ki viran, uçuq, pərişandır,Tibqi bir vadiyi-xəmuşandır.San yapılmış nişanədir qəmdən,Ya ki, bir qitə cismi-aləmdən.Kəsilib bir yana atılmışdır,Xakinə abi-qəm qatılmışdır.Qışda hər yanda lil, çamur, palçıq,Yayda tozdan havası olmur açıq.Gecə hər səmti qapqara zülmat,Nə Xızır var, vəli nə abi-həyat.Qaradır xalqının günüz də günü.Qovuşubdur bulutlara tütünü.Qəhri-ənqaz ilə səqətliyi var,Daha bədtər adam qəhətliyi var.Getməyib hər kəsi ki, qalmışdır, –Dərdü qəmdən şaşıb bonalmışdır.Bisəmər giryələr ilə dilşad,Cümlənin şüğlü boş bir istimdad.Bixəbər elmü fənni-dünyadən,Müftəxir ixtilafi-bicadən.Qopsa aləmdə şurişi-məhşər,Ölü tək onlara heç etməz əsər.Diridirlər əgərçi surətdə,Ölüdürlər, vəli, həqiqətdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-olu-seher
Use ← → keys to move, R for a random poem
More by this author
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Çox yaşa!Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,