“Kəlniyət”ə məxsus ədəbiyyat
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,Ortalığa çıxdı həqiqət, dadaş,Boş, quru sözdür, mədəniyyət, dadaş,Həqli olur hardasa qüvvət, dadaş.
Cahil isə, asyalı isə adım,Avropanın da işini anladım,Atmaram onlara tərəf bir addım,Bunlar edir aləmi qarət, dadaş,Yoxdu cahan içrə ədalət, dadaş.
Yox, qələt etdim, deyil əsla belə,Səhv elədim, səhvimi sən əfv elə,Arxayın ol, aç başını ver yelə,Yer üzü olsun daha cənnət, dadaş,Yox nə təəssüb, nə adavət, dadaş.
Kükrüməyib köhnə neçə qanlılar.Tapdalamır islamı balkanlılar,Kəşməkəşə düşməyib osmanlılar,Olmayıb əlbir neçə dövlət, dadaş,İstəmir islama ihanət, dadaş.
Təfriqə, məzhəb sözü heç varmı, yox?Ortada Allah sözü heç varmı, yox?Türkləri görmək gözü heç varmı, yox?İştə əməl, işdə üxüvvət, dadaş.Gör nə deməkdir bəşəriyyət, dadaş.
Əsri-ədalətdi, canım, əsrimiz,Zərrəcə yoxdur daha kəm-kəsrimiz,Göydən enir fəthü zəfər nəsrimiz,Get yaşa asudə, fəraqət, dadaş,Yat daha rahət, dadaş!Çəkmə əziyyət, dadaş!Gözlə bu ortaqlı mal,Ta ola qismət, dadaş!
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-kelniyet-e-mexsus-edebiyyat
Use ← → keys to move, R for a random poem
More by this author
Kars və Ərdəhandan qaçıb qurtarmış bir dəstə ac-yalavac, çıl-çılpaq arvad-uşaqlar Tiflisdə müsəlmanlar məhəlləsinin küçələrində səfilsərgərdan qalmışdılar. O cümlədən beli bükülmüş ağsaqqal Həmid adlı bir kişi, qoca bir arvad ilə küçənin bir tərəfində, quru torpaq üstündə oturub on beş yaşında xəstə bir oğlan uşağının başını dizi üstünə almışdı. Qoca arvad daima xəstə çocuğun üzünə baxarkən gözlərindən axan qanlı, odlu yaşı başındakı yırtıq köhnə şal ilə silirdi.Xəstə çocuq bənizi saralmış, qızdırmadan ləhləyirdi. Tez-tez kəsik-kəsik nəfəs alırkən çox-çox öskürürdü. Dodaqları quruyub, üzünün qənələri incəlmişdi. Bihuşluq halında düşmüş xəstə titrək, zəif səslə:
Qaragünlü HəliməQış fəsli idi. Təqribən gecəyarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən soyuq külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi. Neçə gündən bəri arasıkəsilmədən eşidilməkdə olan top gurultuları bir az yavaşımışdı. Get-gedə hava işıqlanıb günəş ziyasının müqəddimətilceyşi ətrafdakı dağların zirvələrində nümayan oldu. Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi. Qohum-qonşuları, heç kəs, heç kimsənin yadına düşmürdü. Hər kəs öz canının qeydində, hər kəs öz başının harayında idi. Anbarlara, tayalara od vurulmuşdu. Şiddətli küləyin zərbəsindən yanğın anbaan artmaqda idi. Bir neçə saat ara vermiş top atəşi yenidən fəaliyyətə başlamışdı. Peydərpey atılan top qumbaralarının düşüb partlamasından hər tərəfdə bir atəş tufanı vücuda gəlmişdi. Bir az fasilədə şəhər bom boş boşaldı. Getməyə qüdrəti olanlar təmamən qaçıb dağıldılar. Yalnız bəstəri-ehtizarda bulunan yetmiş yaşlı Hacı Nuru kişinin əyalı Həlimə kəsrəti-hüzn və kədərindən çıldırmaq dərəcəsinə gəlmiş ikən əzizliklə böyütdüyü balalarını xilas etməyi düşünürdü. Ancaq ağlına bir şey gəldi: belə ki, qorxudan titrəyib dili tutulmuş, çığırışan on yaşlı Zeynəb adı qızının və altı yaşlı Əhməd adlı oğlunun əlindən tutub evlərinin zirzəmisinə apardı. Sonra oranın döşəməsi üzrə təbiyə edilmiş bir taxta qapını qaldırıb titrək bir səda ilə: “Burası pək əski bir lağımdır, mədxəli bura isə, məxrəci məmləkətimizin içərisindədir. Allaha əmanət olasınız, balalarım, bu yol ilə gediniz, hər halda bir tərəfə səlamət çıxarsınız ümid edirəm” – deyə Həlimə geri döndü.Zavallı çocuqlar qorxudan nə lağımın içərisinə girməyə, nə də analarının yanına qayıtmağa cürət edirdilər. Cansız bədən kimi hərəkətsiz qalmışdılar.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
Poems by other poets · Satire
Heç yerdə bir insan kimi davranmadı Hitler,Öz səhvini bir anlamadı, qanmadı Hitler.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Satıram ("Moldayı, salmadı el dil boğaza…")Moldayı, salmadı el dil boğaza…Eybi yox, gərçi qoyulduq loğaza,
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,