Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)
“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,Söylə, sənin uydıcağın pişnamaz,Qopsa qiyamət, yenə də anlamaz,Olma, əzizim, başına çarəsaz.
Mollaya daim başını bağla, yat,İşlə gətir, ver boğazın yağla, yat,İnciyə canın dur, ayıl, ağla, yat,Qəm tozunu özgəsi zira yumaz,Ay yazıq, ay biçara, ay anlamaz.
Baxma, yalandır, qəzetə, jurnala,Söz desə hər kəs, başını yırğala,Köçsə də karvan, hələ yat, qal dala,Al külügü öz-özünə qəbr qaz,Ay yazıq, ey biçara, ey anlamaz.
Get otur evdə, başına sal şalı,Sən ki deyilsən kişi, ey anqalı!Sürməni çək, ənliyi yax, qoy xalı,Yad kişinin arvadı ol, eylə naz,Tut başını, ta ki, vurulsun qapaz.
Qoy sürünü səng eləsin it, pişik.Çəkmə qoyunların üçün sən keşik,Qaç da, siçan tək satın al bir deşik,Çıxma yuvandan eşiyə qış və yaz,Tut başını, ta ki vurulsun qapaz.
Şükr elə Allaha, ye bozbaşını,Vur, yıxıt öz qohmunu, qardaşını,Özgə qapaz vursa, uzat başını,Səbr elə, heç vaxt eləmə etiraz,Ey yazıq, ey biçara, ey anlamaz.Səhl işini, yat, bala, müşkül elə,Sonra ayıl, dur, başına kül elə.Səbr elə Allaha, təvəkkül elə,Dərdü-bəladan eləmə etiraz,Tut başını, ta ki, vurulsun qapaz.
Qarğa gələrsə gözünü oymağa,Razı ol ac qarnı onun doymağa,İstəsə qəssab dərini soymağa,Qul kimi göstər ona iczü niyaz,Əy başını, ta ki, vurulsun qapaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-edebiyyat-kelniyet-al-birce-qelemden-kagiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Satire
Mollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!
Məhərrəmdə atanın oğluna vəsiyyətiZəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Qarabağ qazisiEyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.
Xoş ol zaman ki, xalq yatıb bizəban idiXoş ol zaman ki, xalq yatıb bizəban idi,Bəzmim pilov, çay ilə rəşki-cinan idi,