Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.

Yaradıbdır onu ol xaliqi-əşya bieyb,Dari-dünyada bu surət tapılır kəm qazi.

Qazi hər yerdə olur biməzəvü bədhərəkət,Şükr-lillah ki, bu həm baməzədir, həm qazi.

Qələmi tiği-düsəpdir, özü mərdi-rəhi-din,Daima Şeyxi ilə cəngə müsəlmməm qazi.

Səri-ədadə fırıldar çomağı bərq-asa,Necə ki, mərəkədə şəşpəri-Rüstəm, qazi.

Nari-qəhri əridir mum kimi fuladi,Kureyi-nəfsi-dərunə verə gər dəm qazi.

Kimdi yanındı onun Əliquluyü Əbdürəhim,Kuhi-Əlbürsü yıxar çün toxunan dəm qazi.

Dəhrdə şişə olur səngi-cəfadən eymən,Ola bir şəhrdə bu tərzlə möhkəm qazi.

Mədəni-cudü kərəm, caygəhi-əmnü əman,Ədldə Nuşirəvan, bəzldə hatəm qazi.

Füqərə dövri-sərayində besani-hələ,Nəqdi-ehsani Qarabağə çü şəbnəm qazi.

Qələt etdim, bu sözün yoxdu vüqui hərgiz,Qorxuram cəmdəyimə tuf deyə aləm, qazi!

Şişənin simü zərin doldurasan xanəsinə,Şişəvəş dişrəyə verməz yenə bir nəm qazi.

Qazi oldur ki, qala əhli-vilayət qəminə,Nə ki, aləm həmə qəmdar ola, xürrəm qazi.

Onda mən gördüyümü görmüşəm, indən böyləEtməzəm taət ona gər ola qibləm qazi.

Haradan gəldi bular, eylədilər xəlqi xərab,Biri der müctohidəm, biri müsəlman qazi.

Atlanıb biri çapar Təkləyə day, danə üçün,Biri də şamü səhər talibi-dirhəm qazi.

Yay gedər Fingiyə zövq etməyə, qış Qaynağə,Bir deməz hiç gəlir mahi-məhərrəm qazi.

Qazi lazımdı deyə məhkəmədə şəri-nəbi,Nə ki, gəşt edə cahanı minib ədhəm qazi.

Təbrizin ağı ucuz, miri-vilayət qafil,Hər əlif-bey deyəni qıldı müəmməm qazi.

Dəxi divani-rəiyyət belə getsə qalmaz,Bu Qarabağ edər cümlə mükərrəm qazi.

Xişü əqvamına mu qədri tərəhhüm qılmaz,Dəmbədəm xolqə oxur sileyi-ərhəm qazi.

Sabiqən beylə deyildi, olub indi birəhm,Həzrəti-xanə olandan bəri məhrəm qazi.

Çox adam var idi, nəzm ilə əda eyləməli,Xahişi-xanə görə düşdü müqəddəm qazi.

Çünki divanəyə yoxdur qələm, ümmidvarəm,Əvf edər cürmümü, gər yüzinə söysəm qazi.

Dasitani-Əmiraslanı bu gündən böyləBaşlaram, fikrim əgər olsa fərahəm, qazi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire