Bir bəhanə əldə ünvan etməli bundan sora!Büsbütün məxluqə e’lan etməli bundan sora!Nov üsulun şər’ə bər’əks olduğun izah edib,Köhnəni tətbiqi-Qur’an etməli bundan sora!Xasə bu jurnal, qazet əmrində bir fitva tapıb,Səddi-rahi-nəşri-irfan etməli bundan sora!Boylə iş, bunca qazet, bunca mazet olmaz, canım!Bunları məhkumi-bütlan etməli bundan sora!Din gedir, məzhəb gedir, qədri itir mollaların,Çareyi-əmri-müsəlman etməli bundan sora!Hər yetən kəndin mühərrir ədd edib, min söz yazır,Bunları mətrudi-övtan etməli bundan sora!Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,Sərbəsər avareyi-nan etməli bundan sora!Cırmalı dəftərlərin, sındırmalı çernil qabın,Fikri tərvici-qələmdan etməli bundan sora!Mümkün olsa lap kökündən qaldırıb bir zənn iləCümlə mətbuatı viran etməli bundan sora!Siyyima, şairləri hökmən və hötmən zur iləXaric-əz-islamü iman etməli bundan sora!Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, –Küfr ilə məşhuri-dövran etməli bundan sora!Arqadaşlar, əl’əman, gəl tez verib də əl-ələ,Həm bu yolda əhdü peyman ətməli bundan sora!Aid olmur indi bunlardan bizə bir mənfəət,Pul verərlərsə, müsəlman etməli bundan sora!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire