Nə xabi-qəflətdi divanə könül
Mirzə Fətəliyə
Nə xabi-qəflətdi, divanə könül,Aç gözünü, süni-xudayə bir bax!Sənə ki, qalmayıb ğəmi aləmin,Seyri-bağə, zövqü səfayə bir bax!
Qıl tamaşa nov ərusi-baharə,Qənimətdi beş gün ömri-dübarə;Səhni-çəmənlərdə qümri, həzarəNə xoş verib səda – sədayə, bir bax!
Gərdişi-dövranın, ey xanəxərab,Aparır möhnətin gərdişi-şərab;İçməsən də içmə özün meyi-nab,Eyşü nuşi-bayü gədayə bir bax!
Yasəmənin ətri çöküb jaləyə,Gəlir Gülüstandan buyi-ğaliyə;Gahi bənövşəyə, gahi laləyə,Gahi də nərgisi-şəhlayə bir bax!
Sərvü sənubərin afəti-xəzanSoyub libasını qoymuşdu üryan;Gəlib tərəhhümə sərvəri-cahan,Verdiyi xələti-zibayə bir bax!
Əgərçi xəstəsən, bir dur ayağə,Ahəstə-ahəstə güzər qıl bağə;Qəh-qəhi-minayə, rəqsi-üşşaqə,Cəh-cəhi-bülbüli-şeydayə bir bax!
Seyrə çıxıb dəstə-dəstə gözəllər,Çiçək dərib tər buxağə düzəllər,Qaqqıldaşa-qaqqıldaşa gəzəllər,Canlar alan sövtü nəvayə bir bax!
Şəqayiq, qoronfil, süsən, nəstərənZəbani-hal ilə oxur müstohsən;Həvayi-kuhsar, səfayi-çəmənTən edər cənnətül-məvayə, bir bax!
Necə oldu Cəmşid, Firidun, Kavus,Söhrabi-namvər, Faramərzü Tus,Əsasi-İskondər, gənci-DəqyanusTamam getdi badi-fənayə, bir bax!
Bu dari-dünyanın yox etimadı,Sənin də rehlətin bu gün fərdadı;Sal yadına nəqli-Şirin-Fərhadı,Sorgüşəti-Məcnun-Leylayə bir bax!
Mənim tək deyilsən, əzizim, səninKür kənarı, yol üstüdür məskənin;Ləzzətini apar gəlib-gedənin,Nazənini-fərdi-əlayə bir bax!
Hallavarın bu səmtinin gözəli,Bazar günü gəlisayə çox gəli;Laçın tumaqəli, tərlan cilvəli,Səri tər cıqqalı sonayə bir bax!
Duyuq düşsə əgər verməzlər rüxsət,Unutma gah-gah tapanda fürsətMolla Əhmədi də Axunddan xəlvət,Al yanına, mələksimayə bir bax!
Əracif kövtüku eşitmişəm mən,Biləm doğrusunu, olmadı gələn;Deyirlər hamamda bir fahişə zənBiədəb söz deyib Mollayə, bir bax!
Fisqü ficur həddən aşıb Şişədə,Erkəyi, dişisi yaman peşədə.Mənəm qalan həmin bu əndişədə,Zəmanə dolanıb, qovğayə bir bax!
Sürahi solunda, badə sağındaMəzə qabağında, mey dodağında,Çeşmə kənarında, çay qırağındaƏmmameyiseyyid, mollayə bir bax!
Vaiz bizə söylər şəri-Müstofa;Haramə mürtəkib olmayın əsla!Özü lüm-lüm udur batində, əmmaZahirdə dediyi mənayə bir bax!
Kimdi baxan peyğəmbərə, imamə,Bu dağılmış düşən deyil nizamə!Orucluqda şürbi-meyi-gülfamə,Mahi-məhərrəmdə zinayə bir bax!
Səhra mərdümünü şəhr əhli görcək,Yalvarıb, yapışıb oturdur çömmək;Beş arşında sürüşdürür üç çərək,Tacirə seyr eylə, sövdayə bir bax!
Baqqal qoyar tərəziyə imanın,Əsəl qiymətinə satar ayranın,Qudurmuş it kimi tutar dörd yanın,Deyən yoxdur Əli-Əbayə bir bax!
Pinəçilər bafta taxar boynuna,İmperial tökər vərəq oynuna,Qovurmaçı saat qoyub qoynuna,İddiayi-əla, ədnayə bir bax!
Həramilər kimi yol üstə yatar,Tamojnada növkər olub mal tutar,Dünbək çalar, şərab içər... atar,Feli-bəyzadeyi-tərsayə bir bax!
Dolanır bazarı darğa, kvartal,Döyülür sifətlər, yolunur saqqal;Gecə get cibinə beş-on manat sal,Gündüz gəlib nırxi-bəhayə bir bax!
Həddən aşıb bu viladə şərarət,Hər kim hər iş görə – puluna minnət.Mu qədəri yoxdur ədlü ədalət,Və lakin şöhrəti-bicayə bir bax!
Böyüklərin işi deyil deməli,Dənidən betərdir, feli əməli;Beylə görməmişdik bundan əzəli,İndi karü bari-rüsvayə bir bax!
Xanzadələr şişə taxır rəyəti,Özlərinin deyil qızı, övrəti;Orda..., harda düşsə fürsəti,Kiçiyi seyr elə, ağayə bir bax!
Palajenya nəqli ta olub möhkəm,Gərək bəy azalda zülmün dəmadəm;Dəxi də artırır bu əhli-sitəm...zurnayə bir bax!
Piranəsərlikdə mən oldum rüsva,Düzəlmədi işlər, cana yetdim ta;Gör nə oyun tutdu, əzizim Mirza,Zakirə, təqdiri-qəzayə bir bax!
Стыд шушинцы теряют: гуляют и пьют.По дороге бесчестья шушинцы идут.С мысли горькой меня мудрецы не собьют:Ночь погибельная над землей, — гляди!Вечереет. Бокалы с вином тяжелы,И краснеет вино на губах у муллы.Ты со смехом во время утренней мглыНа священный покров над муллой гляди!Вот ваиз, поучающий нас давно:«Не касайся того, что запрещено!»Дома ест он свинину и хлещет вино.На запреты без страха со мной гляди!Зазывает к себе торгаш мужика.Прицепится. Речь, словно мед, сладка,А на четверть сукна не дорежет вершка.Как дурачат людей пред тобой, — гляди!Вот башмачник! Обшил воротник галуномИ звенит серебром за игорным столом;Он с богатым уселся играть корчмарем.Спесь и грязь у них за душой, — гляди!Правнук богов, простерт он на голых камнях,Он в таможне таскает тюки на плечах.В бубен бъет — потешает народ в кабаках.Был он беком, а стал он слугой, — гляди!Как пройдут по базару с квартальным дарга,У любого прохожего вспыхнет щека.Пять рублей в карман ему бросит рука,И на таксу — коль ты не слепой — гляди!Ханский сын на шампур мужика наделИ последним добром бедняка овладел.Тот, как щепка, высох и похудел.Как замучен крестьянин агой, — гляди!После того как бек утвердилВласть, он должен ослабить железо удил.Ну, а этот — людей еще туже сдавил.Треск вокруг, и стенанья, и вой, — гляди!Духовенство от бога теперь далеко;Щмут и мучат. Народу от них нелегко.Над чалмами сеидов и мулл высоко.Поднялся крестьянин простой, — гляди!Вот муров! Если с жалобой ты, прерветИ навеки заткнет угрозами рот.Он защитник злодеев, что грабят народ;Он добычей живет воровской, — гляди!
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-ne-xabi-qefletdi-divane-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Ey yığılan canlar, minnət eyləyin,Dursun, o gözəllər şahı oynasın.
Ey yığılan canlar, siz olun tarıEy yığılan canlar, siz olun tarı,Amandı, qoymayın, yar oynamasın.
Ey sevdiyim, ləli-ləbinə nisbətEy sevdiyim, ləli-ləbinə nisbət,Meyxanələr içrə badə tapılmaz.
Ey sevdiyim, səndən cüda düşəliEy sevdiyim, səndən cüda düşəli,Mənəm gecə-gündüz əzab içində.
Poems by other poets · Satire
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman: