Ey yığılan canlar, siz olun tarı,Amandı, qoymayın, yar oynamasın.Bir belə adamın içində, yəqin,Əlbəttə, bədnəzər var, oynamasın.

Vüqarla otursun o gülbədənim,Bu yığnağa çoxdur gəlib-gedənim;O, oynasa olur, bilsin ki, mənimGen dünya başıma dar, oynamasın.

Xəlq içində xəcil etməsin bizi,Müştaqdır gözünə aləmin gözü;Yel atar çarqatın, açılar üzü,Badə gedər namus-ar oynamasın.

Oynamağa həvəs eyləsə, barı,Oynasın gecə saf olanda yarı;Günün hərarəti, yerin buxarıTər bədənə eylər kar, oynamasın.

İltimas eyləsə qızlar, gəlinlər,Dabanı çatdaqlar, ayaqyalınlar,Oynasa oynasın gönüqalınlar,Zakir, ol məməsi nar oynamasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets