Nola gör saxlar isəm təndə dilü cani əziz,Bir pərinindir, onunçün tutaram anı əziz.

Qılmışam nəzr onu mən ol səri-ku itlərinə,Rəsmü ayindir, əzizin olu qurbani əziz.

Əşkimi, çöhreyi-zərdimi görüb qədr etməz,Mən eşitmişdim edər simü zər insani əziz.

Ateşi-eşqi-dərun ilə ərindi axır,Saxlar idim neçə əyyam idi peykani əziz.

Naqisəm, alsam əgər bir kələfi-rismanə,Misri-dildə sata ol Yusifi-Kənani əziz.

Mənə nisbətdi siyəhbəxtü pərişanlıqda,Vəchi oldur tutaram zülfü-pərişani əziz.

Zakiri-xostədilə rəhm qıl, ey sərvi-rəvan,Hovcavanlar tutar, adətdi ki, pirani əziz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love