Nəğmə

Körpə qızım Aynurum,Saçların burum-burum.Al-əlvan geyinmisən,Kuklanla deyinmisən.

Sən nə qəşəngsən, Aynur,Solmaz çiçəksən Aynur.

Sən yuxudan durmusan,Evdə büsat qurmusan.Oyna, ay bəxt ulduzum,Göyçək qızım, can qızım.Sən nə qəşəngsən, Aynur,Solmaz çiçəksən Aynur.

Paltarın təp-təzədir,Hər işin bir məzədir.Böyü, qızım, boy at sən,Təbiəti oyat sən...Sən nə qəşəngsən, Aynur,Solmaz çiçəksən Aynur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets