Heca vəznliyəm mən...
Musiqi kimi incə,Zərif bir bəstədir söz.Nə vəzndə – hecada,Nə də sərbəstdədir söz,Layla sevən körpətəkQulağı səsdədir söz.Azərbaycan şeritəkQoca vəznliyəm mən;Minbir bulaq axarlıHeca vəznliyəm mən!
Vaqifin, Ələsgərin,Hər sözü el malıdır.Füzuli, Sabir kimiVurğun da qalmalıdır!Vəznim qarlı dağımdır –Gümüşdən çalmalıdır.Azərbaycan şeritəkQoca vəznliyəm mən;Minbir bulaq axarlı...Heca vəznliyəm mən!
Xalqa mehriban olan,Hər obaya yovuşan.Sözü dumanlı deyənBir çən olub sovuşar.Eli sevən sənətkarEldən-elə qovuşar.Azərbaycan şeritəkQoca vəznliyəm mən.Minbir bulaq axarlıHeca vəznliyəm mən!
Xəzərimin dalğasıHolaylıdır, cəngidir,Şerim Azərbaycanın
Dilinin ahəngidir.Zəif şeir əsriminSürətini ləngidir.Azərbaycan şeritəkQoca vəznliyəm mən.Minbir bulaq axarlıHeca vəznliyəm mən!
Süni gəzib dolansanEvdə də, kənarda da.Bu el-oba oxşadarSəni gəlməyə, yada.Vətən üçün, xalq üçünSöz qalacaq dünyada.Azərbaycan şeritəkQoca vəznliyəm mən.Minbir bulaq axarlıHeca vəznliyəm mən!
Yüz illərdir yaşayırQurbani, Yanıq Kərəm.Bu yollarda əzəldənMən də yanar ülkərəm.Dil bilməyən şairiMən yeddi qat bükərəm.Azərbaycan şeritəkQoca vəznliyəm mən;Minbir bulaq axarlıHeca vəznliyəm mən!
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-heca-veznliyem-men
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Məndə sığıbdı yüz dükan, mən bu dükana sığmazam,Hər cür haramla köpmüşəm, «Cip»də sükanə sığmazam.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
Khosrow and Shirin, chapter 101دگر ره گفت کز دور فلک خیززمین را با هوا شرحی برانگیز